Kateqoriyasız

“Simurq” israilli futbolçu ilə rəsmi müqavilə bağladı

“Simurq” heyətini daha bir futbolçu ilə gücləndirib. Komandamız baxışda olan israilli futbolçu İdan Veitzmanla bir illik rəsmi müqavilə bağlayıb. Növbəti mövsümün sonuna qədər Zaqatala təmsilçisinin şərəfini qoruyacaq 28 yaşlı futbolçumuz “Simurq”un heyətində “20” nömrəli forma ilə mübarizə aparacaq. 
Qeyd edək ki, karyerası ərzində ilk dəfə legioner həyatı yaşayacaq İdan “Simurq”dan öncə ölkəsində futbol həyatını davam etdirib. Onun sonunçu klubu Bney Saxnin” olub. Bundan öncə isə “Hapoel Hayfa”, “Hapoel Aşdod” və “Ramat Qan” kimi komandalarda forma geyinib. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43