Polşanın “Lex” komandasının yeni baş məşqçisi Con van den Brom klubun saytına açıqlama verib.
İdmanxeber.az xəbər verir ki, niderlandlı mütəxəssis Çempionlar Liqasında “Qarabağ”a qarşı keçirəcəkləri oyuna hazırlıqdan da danışıb:
“Polşa çempionu olan və Çempionlar Liqasının təsnifat mərhələsində iştirak edəcək komandada çalışmaq mənim üçün əla fürsətdir. Bilirəm ki, futbolçular artıq məşqlərə başlayıb. İyulun 5-də vacib görüşümüz var. Hazırlaşmağa vaxtımız var.
Futbolçuların hər biri ilə görüşməliyəm. Komandanın oyunlarını izləmişəm. İlk növbədə “Qarabağ”la matça hazır olmalıyıq”.
“Qarabağ” “Lex”ə qarşı ilk oyununu iyulun 5-də səfərdə, cavab görüşünü isə 1 həftə sonra Bakıda keçirəcək.