Xəbər verdiyimiz kimi oktyabrın 18-də Lənkəran Futbol Liqası çempionatının VI tur oyunları keçirilib.
İdmanxeber.com-un məlumatına görə, turun ən maraqlı görüşünü izləyənlər arasında “Xəzər Lənkəran” təmsilçiləri də olub. Belə ki, “Xəzər Lənkəran”ın əvəzedici həyyətinin baş məşqçisi Elbrus Məmmədov, əsas heyətdə qapıçılarla çalışan məşqçi Vidadi Hüseynov və klubun marketinq, satış və reklam üzrə meneceri Rəşad Əzizov “Ümrə” – “Avrora” oyununu izləyiblər.
Matçın fasiləsində komandaların xahişi ilə qonaqlarla iştirakçılarlar xatirə şəkili də çəkdiriblər. Daha sonra isə turnirin təşkilatçısı Vaqif Rəşidovla görüşən qonaqlar öz təəssüratlarını bölüşüb və tövsiyələrini də veriblər. (12cioyuncu.info)