“İnter Mayami”nin və Argentina yığmasının hücumçusu Lionel Messi DÇ-2026 başlamazdan əvvəl “Barselona”ya qayıda bilər.
İdmanxeber.az xəbər verir ki, bu barədə “GolDigital” portalı məlumat yayıb. Forvardın MLS klubu ilə müqaviləsi 2025-ci il dekabrın 31-də başa çatır.
Bundan sonra Messi karyerasının son dünya çempionatına daha yaxşı hazırlaşmaq üçün Mayamidən ayrılıb azad agent kimi “Barselona”ya gedə bilər.