Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Tottenhem” zədəli futbolçusu Nabil Bentalebdən şad xəbər alıb.
İdmanxeber.com-un məlumatına görə, London klubunun 3 aydır ki zədəli olan futbolçusu artıq məşqlərə başlayıb.
Bentalebin Bakıda baş tutacaq matçda iştirak edəcəyi gözlənilir.
Qeyd edək ki, “Qarabağ” – “Tottenhem” matçı noyabrın 26-da keçiriləcək.