22 Dekabr 2024
Kateqoriyasız

Lui van Qal komandasının ÇL-da qrupda qalması haqda danışıb

“Mançester Yunayed”in baş məşqçisi Lui van Qal ÇL-da qrup mərhələsində qalmaqlarına münasibət bildirib.

İdmanxeber.com-un məlumatına görə, qrupun son oyununda “Volfsburq”a uduzan “qırmızı şeytanlar” mübarizəni Avropa Liqasında davaç etdirəcək.

Lui van Qal qrupun çətin olduğunu qeyd edib:

“Mən əvvəl də demişdim ki, biz çətin qrupdayıq. Bu təkcə bizim nəticələrimizdən deyil, həm də rəqiblərin gözəl çıxışından da açıq-aşkar görünürdü. Bəli, “Mançester Yunayted” həmişə 1-ci ya da 2-ci yerdə qrupu tamamlamalıdı, amma mən sizin bu qrupun asan olması firkiniz ilə razılaşa bilmərəm.

Bu zaman məsələsidi. Futbolçulara dedim ki, bu mövsüm biz də alınmadı. İndi artıq hər şey bitib. Biz artıq ÇL-da yoxuq və öz gücümüzü göstərə bilməyəcəyik. Növbəti ili gözləməliyik. Bizim mübarizə apardığımız daha iki turnir var – Premyer Liqa və İngiltərə Kuboku. Bunlar haqda düşünmək lazımdı”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43