01 Oktyabr 2024
Dünya futbolu

“Məncə, dəyərim 100 milyondan çoxdur” – Viktor Osimhen

“Qalatasaray”ın və Nigeriya millisinin hücumçusu Viktor Osimhen transfer dəyərindən danışıb.

İdmanxeber.az-ın məlumartına görə, 25 yaşlı forvard dəyərinin daha yüksək olduğunu açıqlayıb:

“Məncə, mənim dəyərim 100 milyondan çoxdur. Çünki müasir futbolda mənim kimi keyfiyyətlərə malik olan, uğur qazanan futbolçu azdır. Meydanda nə fayda verdiyimi bilirəm””.

Bu mövsüm Osimhen Türkiyə klubunun ölkə çempionatında və Avropa Liqasında keçirdiyi 4 matçda 2 qol vurub və 4 məhsuldar ötürmə verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43