“Fikirləşdim ki, bura gəlməklə də komandaya püşkatmada bəlkə uğur gətirərəm. Məncə, bu, pis alınmadı”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın prezidenti Tahir Gözəl Avropa Liqasının pley-off mərhələsinin püşkatmasını şərh edərkən deyib. O, daha sonra belə davam edib:
“Bura gələn klublar öz ölkələrinin ən yaxşılarıdır. “Braqa” da çox keyfiyyətli və əhəmiyyətli klubdur. Püşkatmada qarşımıza ÇL-də çempion olmağı hədəf qoymuş “Milan” kimi klub çıxmadı. Məncə, püşkatma yaxşı oldu. “Qarabağ” və komandamızı sevərləri, Azərbaycanı möhtəşəm mübarizə gözləyir. Məncə, yaxşı olacaq”.