Azərbaycan millisinin və Sequnda təmsilçisi “Albasete”nin futbolçusu Eddi İsrafilov “Marca” qəzetinə müsahibəsində maraqlı məqamlara toxunub.
İdmanxeber.az-ın məlumatəına görə, İsrafilov niyə Azərbaycan millisini seçməsi barədə suala belə cavab verib:
“Mənim İspaniya pasportum var. İspaniya millisində oynamaq mümkün olsa da, çətindir. Anam Azərbaycanda doğulub. Ona görə Azərbaycanı seçdim. Bunun sayəsində mən faktiki olaraq 15 dəfə xarici səfərdə olmuşam. Mən həmçinin Anqola millisində oynaya bilərdim. Mənim atam oralıdır. Amma Azərbaycanı seçdim. Çünki buna görə Avropada oynaya bilərdim”.