19 Sentyabr 2024
Ölkə futbolu Premyer Liqa

Mərdəkanda qorxulu anlar: “Kəpəz”in kapitanı təcili olaraq xəstəxanaya aparıldı

Misli Premyer Liqasının 6-cı turunun açılış matçında “Kəpəz” səfərdə “Araz Naxçıvan”ın qonağıdı.

İdmanxeber.az-ın məlumatına görə, matçın son dəqiqələrində qorxulu anlar yaşanıb. Künc zərbəsindən sonra ikili mübarizədə yerdə qalan Gəncə təmsilçisinin futbolçusu Yeqor Xvalkoya həkim müdaxiləsi lazım olub. Meydana təcili olaraq tecili tibbi yardım maşını çağırılıb. Ukraynalı mudafiəçinin durumu ciddi olduğundan o, fərhal xəstəxanaya aparılıb.

Qryd edək ki, görüşdə son dəqiqələr oynanılır və Naxçıvan təmsilçisi öndədi – 1:0.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43