Albaniyanın “Partizani” klubunun yarımmüdafiəçisi Yasir Asani “Qarabağ”la oyundan öncə ölkəsinin mətbuatına açıqlama verib.
İdmanxeber.az-ın məlumatına görə, Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”la Bakıda keçirəcəkləri cavab oyunu haqda danışan yarımmüdafiəçi rəqibi keçmək üçün hər şeyi edəcəklərini bildirib:
“Son günlər fasiləsiz məşq edirik. Bakıdakı oyun çox çətin olacaq. İlk dəqiqələrdə ehtiyatlı oynayacağıq. Çünki “Qarabağ” güclü komandadır. Onları əks-hücumlarda yaxalamaq istəyirik. Mərhələni keçmək üçün mümkün olan hər şeyi edəcəyik. Düşünürəm ki, şanslar bərabərdir. Bizim də yaxşı komandamız var. Əsas məsələ qələbə qazanmaqdır. Yenə hamını təəccübləndirməliyik”.