İspaniyanın “Atletiko” klubu daha bir türk futbolçunu heyətinə qatmağa çalışır.
İdmanxeber.com-un məlumatına görə, Madrid klubu “Beşiktaş”ın aparıcı üzvü Gökhan Törəni transfer etməyi planlaşdırır.
“AS” qəzetinin yaydığı xəbərdə bildirilir ki, ispanlar “qara qartal”a bu transfer üçün 5 milyo avro ödəməyə hazırdı.
Qeyd edək ki, 23 yaşlı futbolçu bu mövsüm “Beşiktaş” forması ilə çıxdığı 38 oyunda 8 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.