Kateqoriyasız

Mahir baş məşqçidan nəyi gizlədib?: “Soruşdum ki, niyə demədin?”

“Emreli bizə hazırlıqsız gəlmişdi və koronavirusun ağır formasını keçirdi. Oynamamasının səbəbi də bu idi”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Jelko Kopiç Mahir Emreli haqda danışarkən deyib.

45 yaşlı mütəxəssis azərbaycanlı hücumçunun ölkə çempionatının 27-ci turunun “Hayduk”la matçında (0:0) zədəli halda oynadığını deyib:

“Hayduk”la görüşdə baş verənləri sizə danışacağam. Məşqdə yaxşı idi, Polyuddakı matçda onu start heyətinə saldım. Ancaq ilk sprintdə əzələ ağrısı hiss etdi. Heç nə ilə yadda qalmasa da, oynamağa davam etdi və yalnız sonradan onun əzələsində problem yarandığını öyrəndik.

Mahirdən soruşanda ki, niyə demədin? Cavabında söylədi ki, komandaya gücləndirici kimi gəldiyimi və məndən çox şey gözlədiyinizi bilirəm. Derbi matçı keçirilirdi, stadion da dolu idi. Mahir buna görə kömək etmək istədiyini dedi”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43