Kateqoriyasız

“Qarabağ”da ikitərəfli oyun

Milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə “Qarabağ” 2 gündür hazırlığını bərpa edib.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi hazırlığını milli komandalara getməyən 7 futbolçu – Şahruddin Məhəmmədəliyev, Luka Quqeşaşvili, Kevin Medina, Abdullah Zubir, Kadi Borges, İsmayıl İbrahimli, İbrahima Vadji və “Qarabağ-2″dən heyətə cəlb edilən futbolçularla davam etdirir.

Dünən  hazırlıq çərçivəsində “Azersun Arena”da ikitərəfli oyun baş keçirilib. Əsas komanda əvəzedici heyətdən dəvət olunmuş futbolçulardan ibarət qarışıq heyətlə “Qarabağ-2″yə qarşı oynayıb və 7:1 hesabı ilə qalib gəlib. Qolları Kadi Borges (2), İbrahima Vadji, Abdullah Zubir (2), Seyxan Fərəcov və Mehdi Tahirov vurublar. Əvəzedici heyətin qolunun müəllifi isə U-19 komandasından dəvət edilmiş Bəhram Köçərli olub.

Komandalar oyuna bu heyətlə başlayıblar:

“Qarabağ”: Şahruddin Məhəmmədəliyev, Kevin Medina, Tolqar Yaqubov, Mehdi Tahirov, Sultan Mustafayev, Əli Nəcəfli, İsmayıl İbrahimli, Kadi Borges, Abdullah Zubir, İbrahima Vadji, Seyxan Fərəcov

“Qarabağ-2”: Luka Quqeşaşvili, İbrahim Hüseynov, Rauf Hüseynli, Vasif Fərəcov, Elmir Abbasov, Hüseyn Əliyev, Ruslan Bayramov, Musa Musazadə, Nurlan Şabanov, Emil Abbasov, Mirmövsüm Caniyev


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43