Millimizin üzvü Mahir Emreli formasını geyindiyi “Legiya”da ilk titulunu qazana bilər.
İdmanxeber.az-ın məlumatına görə, Varşova təmsilçisi bu gün Polşa Superkubokunun oyununa çıxacaq.
Rəqib ötən mövsüm Polşa kubokunun qalibi olan “Rakuv”dur. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Mahir Emrelinin bu matçda da əsas heyətdə meydana çıxacağı gözlənilir.