Kateqoriyasız

UEFA-dan azərbaycanlı hakimə təyinat

Azərbaycanlı FİFA referisi Rauf Cabbarov UEFA Konfrans Liqasının oyununda baş hakim olacaq.

Cabbarov 2-ci təsnifat mərhələsinin “Teuta” (Albaniya) – “İnter Eskaldes” (Andorra) görüşünü idarə edəcək. Bu barədə UEFA-nın saytı məlumat verib.

Cabbarova yan xətdə Namiq Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim funksiyasını isə Rəşad Əhmədov yerinə yetirəcək.

İyulun 22-də, Albaniyanın “Niko Dovana” stadionunda keçiriləcək qarşılaşma saat 21.00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43