Xorvatiyanın “Dinamo” klubunun futbolçusu Mahir Emreli Qazaxıstanda “Astana”ya qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V turunun oyunundan əvvəl mətbuat konfransında iştirak edib
İdmanxeber.az-ın məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi həm onlara, həm də meydan sahiblərinə xal lazım olduğunu bildirib:
“Bizi çətin oyun gözləyir. Bu vaxta qədər “Astana”nı 5 dəfə məğlub etsək də, budəfəki matçın asan olmayacağını bilirik. Yaxşı duel olacaq. Ümid edirəm ki, yenidən qalib gələcəyik”.
Qeyd edək ki, bu gün reallaşacaq “Astana” – “Dinamo” görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.