Millimizin və Zaqreb “Dinamo”sunun futbolçusu Mahir Emreli Xorvatiya “Hayduk”a qarşı Xorvatiya Super Kuboku uğrunda oyunu buraxacaq.
İdmanxeber.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Ante Çaçiç açıqlama verib.
O bildirib ki, 25 yaşlı hücumçu zədədən yeni qayıtdığı və hazır olmadığı üçün matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, iyulun 9-da “Maksimir” stadionunda oynanılacaq “Dinamo” – “Hayduk” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.