Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın “Legiya” klubu öz meydanında Çexiya “Slaviya”sını qəbul edib. Qarşılaşma Varşava təmsilçisinin 2:1 hesablı qələbəsiylə yekunlaşıb.
İlk oyun 2:2 hesablı bərabərliklə başa çatdığı üçün “Legiya” Avropa Liqasının qrup mərhələsinə yüksəlib.
Mahir Emreli bu görüşə start heyətdə başlayıb və 80-ci diqəqədə əvəzlənib. 24 yaşlı hücumçu komandasının hər iki qolunun müəllifi olub. O, 59 və 70-ci dəqiqələrdə fərqlənib.