Kateqoriyasız

“Qarabağ” Şotlandiyadan zəfərlə dönür – 8 oldu!

Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib..

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycanın turnirdəki təmsilçilərindən olan “Qarabağ” da növbəti matçına çıxıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv səfərdə Şotlandiyanın “Aberdin” komandasının qonağı olub.

Görüş komandamızın inamlı qələbəsi ilə yekunlaşıb. Bununlada Ağdam klubu ardıcıl 8-inci il avrokuboklarda qrup mərhələsində çıxış edəcək.

Konfrans Liqası, pley-off mərhələsi, cavab oyunları

26 avqust

22:45 Aberdin (Şotlandiya) – Qarabağ 1:3
Baş hakim: Harald Lexner (Avstriya)
İlk oyun 0:1


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43