Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” bu gün Ukrayna “Dinamo”su (Kiyev) ilə xeyriyyə oyunu keçirəcək..
İdmanxeber.az-ın məlumatına görə, oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Bilet satışından əldə edilən bütün gəlir Ukraynada müharibədən əziyyət çəkən insanlara sərf olunacaq.
Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynaya hərbi müdaxilə edib. Hazırda ölkələr arasında müharibə davam edir.