Dünya futbolu

Konfrans Liqası: yarımfinal mərhələsi start götürür

Bu gün Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Idmanxeber.az xəbər verir ki, turnirin pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran Fransa “Marsel”i Niderlandda “Feyenoord”la üz-üzə gələcək.

Gecənin digər matçında Joze Mourinyonun rəhbərlik etdiyi “Roma” İngiltərədə “Lester”in qonağı olacaq.

Yarımfinal mərhələsinin cavab oyunları mayın 5-də gerçəkləşəcək.

UEFA Konfrans Liqası
Yarımfinal, ilk oyunlar

28 aprel

23:00. “Feyenoord” (Niderland) – “Marsel” (Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə)

23:00. “Lester” (İngiltərə) – “Roma” (İtaliya)
Baş hakim: Karlos del Serro (İspaniya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43