“Legiya” bu matçda son zərbələrdə uğursuz oldu. İkinci hissədə Mahir Emrelinin yaxşı imkanı oldu. Məncə, Emrelidə qərarlılıq və istək yox idi. Topa getməli, qapıya vurmalı id”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri Polşanın “Legiya” komandasının sabiq futbolçusu Yakub Vavjinyak Varşava təmsilçisinin Çempionlar Liqasının 3-cü mərhələsində “Dinamo”ya (Zaqreb, Xorvatiya) qarşı keçirdiyi cavab oyununu şərh edərkən deyib.
O, daha sonra sözlərinə belə davam edib:
“Matçda Rafa Lopeslə Emreli birlikdə hücumda oynadı. Mənə görə, onlar Tomaş Pekqart və Ernest Muçi ilə müqayisədə daha zəifdirlər. Zaqrebdəki ilk matçda da Muçi meydana sonradan daxil oldu və qol vurdu. Lopes “Dinamo” ilə matçda meydanda özünə yer axtarırdı və Emreli onunla necə oynayacağaını bilmirdi. Belə güclü rəqiblərə qarşı fərqlənməyi bacaran oyunçulara ehtiyac var”.
Mahir Emreli “Legiya”nın “Dinamo”ya məğlub olduğu matçda (0:1) start heyətdə yer alıb və 56 dəqiqə meydanda qalıb. O, Tomaş Pekqartla əvəzlənib.