Dünya futbolu

UEFA superkuboku: “Çelsi” “Vilyarreal”a qarşı

Bu gün UEFA superkubokunun qalibi məlum olacaq.

İdmanxeber.az-ın məlumatına görə, həlledici matçda İngiltərənin “Çelsi” və İspaniyanın “Vilyarreal” komandaları üz-üzə gələcək. Şimali İrlandiyanın paytaxtı Belfastda keçiriləcək görüşə saat 23:00-da start veriləcək. Qarşılaşmanın baş hakimi rusiyalı referi Sergey Karasev olacaq.

“Çelsi” ötən mövsüm Çempionlar Liqasının, “Vilyarreal” isə Avropa Liqasının qalibi olub.

UEFA superkuboku

11 avqust

23:00 Çelsi (İngiltərə) – Vilyarreal (İspaniya)
Baş hakim: Sergey Karasev (Rusiya)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43