UEFA Millətlər Liqasında IV turun ən yaxşı qolu adına namizədlər açıqlanıb.
İdmanxeber.az xəbər verir ki, onların arasında Azərbaycan millisinin futolçusu Mahir Emrelinin Belarusla matçda vurduğu qol da yer alıb.
Emreli ilə yanaşı, Macarıstan millisindən Daniel Qazdaq, Şimali Makedoniya yığmasından Enis Bardi və Niderland seçməsindən Noa Lanq da turun ən yaxşı qolunun müəllifi adına iddia edirlər.