İdmanxeber.az xəbər verir ki, millimizin üzvü Mahir Emrelinin formasını geydiyi “Dinamo” doğma meydanda “İstra 1961″lə qarılaşıb. Matç Zaqreb təmsilçisinin 3:1 hesablı qələbəsiylə başa çatıb.
Emreli də bu görüşün iştirakçısı olub. Oyuna start heyətdə başlayan 25 yaşlı forvard 71-ci dəqiqədə əvəzlənib. O, komandasının 3-cü qolunun müəllifi olub.
Xallarını 66-ya yüksəldən “Dinamo” liderliyini davam etdirir.