22 Dekabr 2024
Kateqoriyasız

“Malmö”, “Şaxtyor” və “Valensiya” qrup mərhələsində (YENİLƏNİB)

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, ilk oyun günündə 5 matç oynanılıb.

5 fərqli şəhərdə baş tutan matçların hamısı Bakı vaxtı ilə saat 23:45-də start götürüb.

Keçirilən oyunlarda ümumilikdə qapılara 16 qol vurulub.

Nəticələrlə sizi tanış edirik:

25 avqust

Çempionlar Liqası, pley-off mərhələsi

23:45. "Malmö" (İsveç) – "Seltik" (Şotlandiya) 2:0 
Qol:
 Rosenberq, 23 (1:0), Boyata, 55-avtoqol (2:0)
İlk oyun – 2:3

23:45. “Makkabi” (Təl-Əviv, İsrail) – "Bazel" (İsveçrə) – 1:1
Qollar:
 Züffi, 11 (0:1), Zehavi, 24 (1:1)
İlk oyun – 2:2

23:45. "Dinamo" (Xorvatiya) – "Skenderbeu" (Albaniya) – 4:1
Qollar: 
Soudani, 9 (1:0), Esquerdina, 10 (1:1), Hodziç, 15 (2:1), Taravel, 55 (3:1), Soundani, 80 (4:1)
Qırmızı vərəqə: Qonsalo, 48 ("Dinamo")
İlk oyun – 2:1

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) – "Rapid" (Avstriya) 2:2
Qollar:
 Marlos, 10 (1:0), Şaub, 13 (1:1), Hofman, 22 (1:2), Qladki, 27 (2:2)
İk oyun – 1:0

23:45. “Monako” (Fransa) – "Valensiya" (İspaniya) 2:1 
Qollar:
 Neqredo, 4 (0:1), Raqqi, 17 (1:1), Elderson, 75 (2:1)
İlk oyun – 1:3


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43