Dünya futbolu

“Mançester Siti” “Barselona”nın futbolçusunu transfer etdi

“Barselona”nın gənclər komandasının kapitanı Erik Qarsiyakaryerasını İngiltərədə davam etdirəcək.

İdmanxeber.com-un məlumatına görə, 16 yaşlı futbolçu “Mançester Siti”də forma geyəcək. Premyer Liqa təmsilçisi mərkəz müdafiəçisi üçün 1,5 milyon avro ödəyəcək.

Qeyd edək ki, Qarsiyanın meneceri Kataloniya klubunun sabiq üzvü Karles Puyoldur. “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola 16 yaşlı istedadı məhz sabiq yetirməsi sayəsində razı salıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43