“Çelsi”nin baş məşqçisi Frenk Lempard Premyer Liqanın 37-ci turunda “Mançester Siti” ilə keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.
İdmanxeber.az-ın məlumatına görə, ingiltərəli mütəxəssis “şəhərlilər” barədə xoş sözlər söyləyib:
“Mançester Siti”nin tarixin ən böyük komandası olub-olmadığını bilmirəm, lakin onlar danılmaz fantastik komandadır. Biz onlara hörmət etməliyik.
“Mançester Siti” hazırkı formasını nəzərə alanda onlara qarşı oynamaq istəmirsən. Hesab edirəm ki, onlar hazırda dünyanın ən yaxşı komandasıdır”.
“Mançester Siti” – “Çelsi” oyunu sabah, mayın 21-də keçiriləcək.