“Mançester Siti” “Ayntraxt”ın hücumçusu Ömər Marmuşu transfer edib.
İdmanxeber.az-ın məlumatına görə, “şəhərlilər” 25 yaşlı oyunçu ilə 2029-cu ilədək müqavilə bağlayıb. Mançester klubu oyunçuya üçün 75 milyon avro təzminat ödəyəcək.
Marmuş Almaniya Bundesliqasının cari mövsümündə 17 oyun keçirib, 15 qol vurub və 9 qolun ötürməsini verib. Onun Avropa Liqasında aktivində 6 oyun, 4 qol və 2 məhsuldar ötürmə var.