“Arsenal”ın baş məşqçi Mikel Arteta yerli mətbuata müsahibə verib.
İdmanxeber.az-ın məlumatına görə, ispaniyalı mütəxəssis mövsümlə bağlı fikirlərini bildirib. O, çempionluq mübarizəsi apardıqları “Mançester Siti”nin çox güclü olduğunu bildirib:
“Onların Çempionlar Liqasında necə oynadıqlarını nəzərə alsaq, Premyer Liqanın ən yaxşı komandası olduqlarını görə bilərik. Amma bu həm də çempionatın səviyyəsindən xəbər verir.
“Mançester Siti” çempionatda 105 və ya 110 xal toplaya bilərdilər. Onlar bu mövsüm liqanın səviyyəsinə görə uğur qazana bilmədilər”.