Dünya futbolu

Enrike “Tottenhem”i çalışdıracaq?

İspaniya millisinin sabiq baş məşqçisi Luis Enrike karyerasını İngiltərədə davam etdirə bilər.

İdmanxeber.az “The Telegraf”a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis “Tottenhem”in maraq dairəsindədi. Antonio Konte ilə yollarını ayıran London klubu baş məşqçi axtarışlarını davam etdirir.

Rəhbərlik yeni mövsümdən komandanın başına Enrikeni gətirmək niyyətindədir. Yaxın vaxtda tərəflər arasında danışıqların başlayacağı bildirilir. 

“Tottenhem” Premyer Liqada 36 oyundan sonra 57 xalla 7-ci yerdədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43