Fransa “Lill”in qolkiperi Lyuka Şevalye karyerasını daha böyük klublarda davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, qolkiperlə İngiltərə klubları maraqlanır. 22 yaşlı qapıçı “Mançester Siti” və “Nyukasl” klublarının “radarı”na düşüb. Hər iki komanda Şevalyeni rənglərinə bağlamaq istəyir.
Qeyd edək ki, Şevalye 2022-ci ildən bəri “Lill”in əsas komandasında çıxış edir.