Kateqoriyasız

“Mançester Siti”də daha ciddi itki: 4 həftə olmayacaq

“Mançester Siti”nin daha bir futbolçusu zədələnib.

İdmanxeber.com-un məlumatına görə, “şəhərlilər”in futbolçusu David Silva zədələnərək sıradan çıxıb.

İspaniya millisinin üzvü “Avro-2016″nın seçmə mərhələsində Lüksemburqla görüşdə zədələnib. 

29 yaşlı futbolçu 1 ay yaşıl meydanlardan kənarda qalacaq. Belədə futbolçu seçmə mərhələnin son turunda Ukraynaya, eləcə də, Çempionlar Liqasında “Sevilya” və Premyer Liqada “Mançester Yunayted”lə görüşlərdə iştirak etməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43