“Mançester Siti”nin müdafiəçisi Patrik Leskot karyerasını Türkiyədə davam etdirə bilər.
Qardaş ölkə mətbuatının yaydığı xəbərə görə, “Beşiktaş” klubu futbolçunu transfer etmək istəyir. Müdafiədə ciddi problemlər yaşayan komanda bu sıxıntıları Leskoot ilə aradan qaldırmaq istəyir. “Beşiktaş”ın yaxın günlərdə futbolçuya təklif göndərəcəyi söylənilir.