“Mançester Siti”nin və Fransa millisinin sabiq müdafiəçisi Benjamin Mendi karyerasını İsveçrədə davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli futbolçu “Sürix” klubu ilə müqavilə bağlayıb. Sözləşmənin detalları açıqlanmayıb. Mendi bir ildi klubsuz qalmışdı.
2021-ci ilin avqustunda oyunçu bir çox qadına cinsi təcavüzdə ittiham olunurdu. Daha sonra “Mançester Siti” futbolçunu məşqdən uzaqlaşdırmışdı.
Mendi bir müddət həbsdə qaldıqdan sonra 2023-cü ilin yayında futbolçuya qarşı bütün ittihamlar götürülüb.