Niderlandlı mütəxəssis Erik ten Haq “Mançester Yunayted”in baş məşqçisi kimi fəaliyyətini davam etdirəcək
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu 54 yaşlı çalışdırıcı ilə ayrılmaq niyyətində deyil.
Ten Haq 2022-ci ilin aprelində “Mançester Yunayted”ə rəhbərlik edib. Onun rəhbərlik etdiyi komanda 2022/23 mövsümündə İngiltərə Futbol Liqası Kubokunun qalibi olub.
Hazırda “qırmızı şeytanlar” Premyer Liqada 23 turda 38 xal toplayaraq turnir cədvəlinin altıncı pilləsində qərarlaşıb.
.