“Sevilya”nın müdafiəçisi Xuanlu Sançes karyerasını İngiltərədə davam etdirə bilər.
İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı ispaniyalı ilə “Mançester Yunayted” maraqlanır. Futbolçu İspaniya millisi ilə birlikdə 2024-cü ildə Parisdə keçirilən Olimpiya Oyunlarının çempionu olub.
Ötən mövsüm Sançes 37 oyun keçirib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 15 milyon avro qiymətləndirir.