”Mançester Yunayted”ə zədələnən Lisandro Martinesdən sevindirici xəbər gəlib.
İdmanxeber.az-ın məlumatına görə, dünənki “Vest Hem”lə görüşdə sıradan çıxan argentinalı müdafiəçinin zədəsi ilk gözləniləndən daha yüngül çıxıb. 25 yaşlı oyunçunun əməliyyata ehtiyacı olmayacaq.
Lisandronun martdakı milli fasilədən sonra meydanlara qayıdacağı gözlənilir.