"Qalatasaray" klubu "Mançester Yunayted"də forma geyinən Sinji Kaqavanı heyətində görmək istəyir.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Məlumata görə, Devid Moyesin komandaya gəlişindən sonra ehtiyat skamyaya məhkum olan futbolçu ayrılmaq barədə düşünür.
"Cim-Bom"un baş məşqçisi Roberto Mançini də futbolçunu sərəncamında görmək istəyir. Hadisələrin necə inkişaf edəcəyi maraqla gözlənilir.