Ölkə futbolu

“Barselona” nümayəndələri Bakıda – FOTO

Futzal üzrə UEFA kubokunun “Dördlər finalı”nı qəbul edəcək “Sərhədçi” İdman Olimpiya Mərkəzinə baxış keçirilib. İlk dəfə Bakıda keçiriləcək həlledici qarşılaşmalara vəsiqə qazanan klubların nümayəndələri arenaya baxmağı lazım biliblər.

Belə ki, bu gün “Hilton” otelində futzal üzrə UEFA kubokunun yerli və UEFA təşkilat komitələrinin iclası keçirilib. İclasda final mərhələsində mübarizə aparacaq “Barselona” (İspaniya), “Dinamo” (Rusiya), “Kayrat” (Qazaxıstan) və “Araz” (Azərbaycan) klublarının nümayəndələri də iştirak edib. Sonra tədbir iştirakçıları oyunların təşkil olunacağı “Sərhədçi” İdman Olimpiya Mərkəzinə başa çəkiblər.

Qeyd edək ki, bu gün saat 14:30-da “Hilton” otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.

Mənbə: affa.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43