“Mançester Yunayted”in futbolçusu Entoni Elanqa klubun tarixinə düşüb.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçi “Atletiko” ilə 1/8 finalın ilk oyununda (1:1) hesabı bərabərləşdirməklə yanaşı, “qırmızı şeytanlar”ın Çempionlar Liqasında 500-cü qolunu vurub.
Qeyd edək ki, ÇL-də ən çox qol vuran klub “Real”dır – 1001 qol.