Kateqoriyasız

“Marsel”in “Qarabağ”la oyun üçün start heyəti bilindi – Fransa mətbuatı açıqladı

Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində bu gün “Qarabağ”la qarşılaşacaq “Marsel”in hansı heyətlə meydana çıxacağı məlum olub.

İdmanxeber.az-ın məlumatına görə, Fransa mətbuatı iddia edir ki, Marsel təmsilçisi axşamkı oyuna bu heyətlə çıxacaq:

Pau Lopez – Pol Lirola, Vilyam Saliba, Due Çaleta-Çar, Sead Kolaşinaç – Valenten Ronje, Bubakar Kamara, Matteo Gunduzi, – Cengiz Under, Arkadiuş Milik, Dimitri Payet.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Marsel” matçı saat 21:45-də start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43