Türkiyə I Liqasında pley-off mərəhləsinə start verilib.
İdmanxeber.az-ın məlumatına görə, millimizin futbolçusu Ramil Şeydayevin çıxış etdiyi “Kocaelispor” səfərdə “Çorum”la üz-üzə gəlib. Ev sahibi oyunda 2:1 hesabı ilə qalib gələrək, pley-off mərhələsində yarımfinala yüksəlib.
Şeydayev də matçın iştirakçısı olub. O, görüşə start heyətdə başlayıb və sona qədər meydanda qalıb.

