“Səbail” klubunun şərəfini qoruyan ulduz futbolçu Maykl Esyen öz Instagram səhifəsində maraqlı paylaşım edib.
İdmanxeber.az-ın məlumatına görə, qanalı futbolçu Bakıda keçiriləcək “Çelsi” – “Arsenal” oyunu öncəsi birincilərin azarkeşlərinə səslənib. “Çelsi”də də top qovmuş Esyen bunları qeyd edib;
“Mən 3 aydır burada yaşayıram və ətrafım çox gözəldir. Bakılılar çox mehribandırlar. Bu şəhəri çox sevirəm. İrəli “Çelsi”. Mən bütün “Çelsi” fanatlarını Bakıya dəvət edirəm”.