24 Dekabr 2024
Premyer Liqa

Məmmədov çempion üzərində qazanılan qələbəni şərh etdi

Premyer Liqanın 35-ci turu çərçivəsində “Sumqayıt” öz meydanında “Qarabağ”ı minimal hesabla məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov Ağdam klubu üzərində qazanılan qələbəni belə şərh edib:

“Çempion olması münasibəti ilə “Qarabağ”ı təbrik edirəm. Ümid edirəm ki, Çempionlar Liqasında uğurlu çıxışı ilə bizi sevindirərlər. Oyun bizim üçün çox vacib idi. Futbolçular bütün tapşırıqları yerinə yetirə bilməsə də, yekunda qələbə qazana bildik. İlk hissədə daha yaxşı təsir bağışladıq, lakin qələbə qolunu ikinci hissədə vura bildik. Futbolda belə hallar olur. Çalışacağıq ki, növbəti turda da azarkeşlərimizi sevindirək”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43