02 Yanvar 2025
Kateqoriyasız

“Məqsədimiz seçmə mərhələni yaxşı səviyyədə keçirməkdir”

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki komandasının “DÇ-2018″nin seçm mərhələsindəki şansları haqda danışıb.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı mütəxəssis ölkəsinin mətbuatına bunları deyib:

“Hadisələrin necə inkişaf edəcəyini proqnozlaşdırmaq hələ tezdir. Ondansa seçmə mərhələnin ilk iki oyunu – San Marino və Norveçlə görüşlər haqda soruşsanız daha yaxşı olar. Qrupumuzda hələ Amaniya, Çexiya və Şimali İrlandiya yığmaları da var. Əlbəttə, Azərbaycan millisinin “DÇ-2018″in final mərhələsinə birbaşa vəsiqə qazanacağına inanmaq çətindir. Məqsədimiz seçmə mərhələni yaxşı səviyyədə keçirməkdir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43