15 İyul 2026
Kateqoriyasız

“Qarabağ” – “Zirə” oyununun hakimləri açıqlandı

Topaz Premyer Liqasının XXIV turunun hakimləri açıqlanıb. 

Idmanxeber.com-un məlumatına görə, martın 5-6-da baş tutacaq turun mərkəzi oyunu Əliyar Ağayevə tapşırılıb.

O, çempionatın liderləri “Qarabağ”la “Zirə”nin matçını idarə edəcək. “Neftçi” – “Qəbələ” qarşılaşması isə Ömər Paşayevə həvalə olunub.

XXIV tur

5 mart (şənbə)

14:00. “Xəzər Lənkəran” – AZAL

Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Mehman Mahmudov, Ziya Nəsirov

“Xəzər Lənkəran” mərkəzi stadionu

15:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: Ömər Paşayev, Vaqif Musayev, Akif Əmirəli, Rəhim Həsənov

8-ci km qəsəbə stadionu

17:00. “Sumqayıt” – “İnter”

Hakimlər: Rauf Cabbarov, İsgəndər Əliyev, Nahid Əliyev, Rəvan Həmzəzadə

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. “Qarabağ” – “Zirə”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, İnqilab Məmmədov

Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

6 mart (bazar)

16:00. “Rəvan” – “Kəpəz”

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Vüsal Qənbərov, Fariz Yusifov

“Bayıl Arena”

Mənbə: pfl.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43