Ölkə futbolu

Mərakeş mətbuatı “Xəzər Lənkəran”dan yazdı

"Xəzər Lənkəran"ın "Bakı" üzərindəki qələbəsi (2:1) xarici ölkə mətbuatının da diqqətindən qaçmayıb.

İdmanxeber.com-un məlumatına görə, bir müddətdir ki, uğursuzluqdan heç cür yaxa qurtara bilməyən Cənub klubunun bu şanssızlığının ardından paytaxt klubunu öz evində devirərək, yeni mövsümdə ilk qələbəsini qazanması Mərakeşin "gofoot.ma" saytının diqqət mərkəzinə düşüb.

Portal "Xəzər Lənkəran"ın uğursuzluqundan yazaraq, yeni mövsümdə ilk qələbəsini qazandığını oxucularına çatdırıb.

"Ağ-yaşıllar"ın heyətində mərakeşli Benuahinin də olduğunu qeyd etsək, o zaman bu xəbərin Mərakeş mətbuatında dərc olunması başadüşüləndi.
 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43