Dünyadan

Futbolçularımız başsız qaldı

Türkiyənin “Kahramanmaraşspor” klubunun baş məşqçisi Besim Durmuş ötən gün istefa verib.

Çalışdırıcı “Adanaspor”la oyunundan sonra istefa verib. 2:3 hesablı yenilgidən sonrakı bu qərar rəhbərlik tərəfindən də qəbul olunub. 

Qeyd edək ki, “Kahramanmaraşspor”da futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Fərid Quliyevlə Murad Axundzadə də çıxış edir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43